İranda ölümcül virusa yoluxanların sayı 47 nəfərə çatıb.
Medicina.az xəbər verir ki, bunu İran Parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, virus nəticəsində bu günə qədər 12 nəfər həlak olub.
Abbasi əlavə edib ki, İran parlamentinin qeyri-plenar iclasında İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki bir sıra məsələlərə aydınlıq gətirib. Bildirib ki, İranda xəstəxanalarda yatırılan pasiyentlərin əksəriyyəti qripə aiddir.
Qeyd edə ki, İranın Qum şəhərində əhaliyə qoruyucu maskalar paylanılıb.