İranda COVID-19-un dərmanı tapıldığı barədə iddia olunur.
Medicina.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur açıqlama verib.
O, koronavirusa qarşı istehsal edilən dərmanın müalicədə müsbət nəticə verdiyini bildirib:
“Dərman 24 saat ərzində təsirini göstərdi. Lakin qəti bir şey demək hələ tezdir”.