Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranda koronavirusla bağlı son vəziyyət

  • 2020.11.02 15:17
  • 2056 Baxış
İranda koronavirusla bağlı son vəziyyət

İranda ötən sutka ərzində 440 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 35 738 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 289 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 628 780 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 315 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 491 247 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 5 milyondan çox diaqnoz testi həyata keçirilib.