İranda daha 125 nəfər koronavirusun qurbanı olub.
Medicina.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda, ümumilikdə, 20 901 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 213 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 363 363-ə yüksəlib.
Məlumatda, həmçinin, 3 839 nəfərin ağır vəziyyətdə olduğu, 313 058 nəfərin isə sağaldığı vurğulanıb.