İranda bu günədək koronavirusun (COVID-19) səbəb olduğu kəskin pnevmoniya nəticəsində 194 nəfər dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, ötən sutka ərzində 49 nəfər bu virus nəticəsində ölüb.
Cahanpur əlavə edib ki, son sutka ərzində 743 nəfər bu virusa yoluxub və ümumilikdə virusa yoluxanların sayı 6 566 nəfərə çatıb.
Nazirlik rәsmisi 2 134 nәfәrin sağaldığını deyib.