Ölümcül virus artıq İranda da qeydə alınıb. Dünən bunula bağlı İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Medicina.az xəbər verir ki, bu gün məlum olub ki, Qum şəhərində koronavirusdan ölən iki iranlı vətəndaşın Çin ilə heç bir əlaqəsi, yaxud da Çinə səfəri olmayıb. Onlar Qum şəhərində yaşayıblar.
Hələki onların necə yoluxması haqqında məlumatı olmayan tibbi ekspertlər bunu qorxulu hal kimi dəyərləndirib. Lakin bildirilir ki, digər şəhərlərdə yoluxma halına rast gəlinməyib. Hadisə ilə bağlı Qum şəhəri nəzarətdədir və virusla mübarizə üçün İranda iki xəstəxana ayrılıb.
Rəsmilər araşdırma getdiyi üçün ərazidəki məktəb və universitetlərdə dərsləri ləğv edib.
.