İranda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 211 nəfər ölüb.
Medicina.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 26 957 nəfərə çatıb. İranda ötən 24 saat ərzində 3653 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 471 772 nəfərə yüksəlib.
İranda indiyədək koronavirusa yoluxan 389 966 nəfər sağalıb.