İranın hökuməti paytaxt Tehran başda olmaqla, digər bəzi bölgələrdə də cümə namazının qılınmayacağı elan edilib.
Medicina.az xəbər verir ki, qərarı koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə İranın Səhiyyə Nazirliyi və Koronavirusla Mübarizə Mərkəzi birlikdə alıb.
Cümə namazı qılınmayacaq yerlərin siyahısı da artıq bəllidir. Belə ki, siyahıda Tehran,Qum, Gilan, Xorasan, Cənubi Azərbaycan, Həmədan,İsfahan,Mazandaran, Ərdəbil,Əlbruz, Simnan, Fars, Qəzvin, Kirmanşah, Gülüstan, Yəzd və s. bölgələrin adı var.
İran Səhiyyə Nazirliyinin məlumatına əsasən bu günə qədər 26 nəfər ölümcül virusun qurbanı olub, 245 nəfər isə müalicəsini davam etdirir.
Qeyd edək ki, İranın ümumilikdə 31 əyaləti var, hazırda onlardab 26-da qadağa keçərlidir. Qərarın nə zamana kimi keçərli olacağı açıqlanmayıb.