Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranda çirkli hava səbəbindən 100 min insan xəstəxanaya düşdü

  • 2023.12.26 14:39
  • 699 Baxış
İranda çirkli hava səbəbindən   100 min insan xəstəxanaya düşdü

İranda havanın çirklənməsi 100 mindən çox insanı xəstəxanalıq edib.

Bakupost.az xəbər verir ki, Əhvazın Cundişapur Tibb Elmləri Universitetinin prorektoru Məysəm Moezzi bildirib ki, bu ilin son 9 ayında Xuzistan əyalətində 132 mindən çox insan havanın çirklənməsi səbəbindən xəstəxanalara #müraciət edib.


Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 16% artıb və nəticədə son 9 ayda 132 min 29 nəfər havanın çirklənməsi səbəbindən tibb mərkəzlərinə yerləşdirilib.

Qeyd olunub ki, ötən il isə bu rəqəm 113 min 317 nəfər olub.