İranda bütün əhali tibbi müayinədən keçiriləcək, küçələr boşaldılacaq
Koronavirus təhlükəsi ilə əlaqədar İranın Ali Rəhbəri Əli Xamneyinin tapşırığı əsasında yaradılan qərargahın bu gün ilk iclası keçirilib.
Medicina.az xəbər verir ki, jurnalistlərə açıqlama verən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, 10 gün müddətində bütün əhali tibbi müayinədən keçiriləcək və şübhəli şəxslər nəzarət altına alınacaq.
Onun sözlərinə görə, bunun üçün 1000 tibbi mərkəzi yaradılacaq.
General vurğulayıb ki, bazarlar, alış-veriş mərkəzləri və küçələr 24 saat ərzində boşaldılacaq.