İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub.
Medicina.az xəbər verir ki, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza Rəisi deyib.
O əlavə edib ki, indiyədək koronavirusun “Britaniya ştammı”na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib.
Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.