Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranda 11 737 nəfər koronavirusa yoluxdu

  • 2020.11.13 14:50
  • 1220 Baxış
İranda 11 737 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 461 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 40 582 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 737 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 738 322 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 630 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 546 642 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,42 milyondan çox diaqnoz testi həyata keçirilib.