Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranda 10 339 nəfərə COVID-19 diaqnozu qoyuldu

  • 2020.11.10 15:00
  • 3791 Baxış
İranda 10 339 nəfərə COVID-19 diaqnozu qoyuldu

İranda ötən sutka ərzində 10 339 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 703 288 nəfərə çatıb. Virus daşyıcılarından 5 584 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 453 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 39 202 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 530 694 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,3 milyondan çox diaqnoz testi həyata keçirilib.