“İranın qonşu ölkələrlə sərhədlərini bağlaması müvəqqəti xarakter daşıyır”.
Medicina.az xəbər verir kii, bu sözləri jurnalistlərə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib.
A.Musəvi İranın tezliklə koronavirus üzərində qələbə qazanaraq, sərhəd dövlətlərini ölkəsinin təhlükəsizliyinə inandıracağına əmin olduğunu vurğulayıb.
XİN sözçüsü əlavə edib ki, rəsmi Tehran sərhədlərin müvəqqəti bağlanılmasının ticarətə, idxal və ixraca mane olmamasına çalışır.