Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İran parlamentinin sədri koronavirusa yoluxdu

  • 2020.10.28 10:13
  • 13813 Baxış
İran parlamentinin sədri koronavirusa yoluxdu

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf koronavirusa yoluxub.

İSNA-nın məlumatına görə, bu barədə spiker özü bildirib.

“Parlament Aparatının əməkdaşlarından biri koronavirusa yoluxmuşdu. Gecəyarısı isə mənim testimin nəticələri bəlli oldu. Nərticə pozitivdir”, - deyə o bildirib.

Hazırda karantinə alınan Qalibaf vəzifəsinin icrasını davam etdirmək niyyətində olduğunu deyib.