Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İran parlamenti işini dayandırdı - Omikrona görə

  • 2022.02.01 17:00
  • 1215 Baxış
İran parlamenti işini dayandırdı -  Omikrona görə
İran parlamentində fevralın 1 və 2-si baş tutacaq ümumi iclaslar təxirə salınıb.

Bu barədə İslam Şurası Məclisinin Rəyasət Heyətinin sözçüsü bildirib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, iclasların təxirə salınmasına səbəb olaraq, ölkə parlamentinin 47 üzvünün COVID-19-a yoluxması göstərilib.

Nizam Musəvi bu barədə deyib: “1 və 2 fevral tarixlərində baş tutmalı olan ümumi iclaslar Koronavirusla Mübarizə Qərargahının tövsiyəsi ilə keçirilməyəcək”.

“Tasnim” ajansının verdiyi məlumata görə, o, sonda əlavə edib: “Ötən günlərdə İran parlamentinin 47 üzvünün, habelə qanunvericilik hakimiyyətinin 30 işçisinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən Rəyasət Heyətinin qərarı ilə iclaslar ləğv edilib”.