Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İran koronavirusa görə Beynəlxalq Valyuta Fonduna müraciət etdi

  • 2020.03.12 14:20
  • 3283 Baxış
İran koronavirusa görə Beynəlxalq Valyuta Fonduna müraciət etdi
Koronovirus epidemiyasının tüğyan etdiyi İran Beynəlxalq Valyuta Fondundan təcili maliyyə yardımı istəyib.

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı İranın xarici işlər naziri Cavad Zərif bu barədə öz“Twitter” səhifəsindən yazıb:


“BVF direktoru Kristalina Georgiyeva Kovid-19 virusunun təsirinə məruz qalan ölkələrin təcili maliyyə vəsaiti ilə dəstəklənəcəyini açıqlamışdı. Mərkəzi Bankımız təcili yardım üçün bu fonda müraciət edib. BVF məsuliyyətini yerinə yetirməli və tarixin doğru tərəfində yer almalı, məsuliyyətli davranmalıdır”.

İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati də BVF-yə 5 milyard dollar üçün müraciət etdiklərini bildirib.