İran koronavirusa qarşı hazırlanan ikinci yerli peyvənd olan "Razi Cov Pars"ın ilk sınağını həyata keçirib.
Medicina.az -ın məlumatına görə, İranda 90 ildir serium və peyvənd istehsal edən "Razi" şirkəti tərəfindən hazırlanan vaksinin ilk sınağı ölkənin Kənd təsərrüfatı naziri Kazım Havazinin iştirakı ilə Tehranda gerçəkləşdirilib.
Bildirilib ki, bu gün sınağına 2 nəfərlə başlanan peyvənd daha 133 könüllüyə vurulacaq və ilk dozadan 21 gün sonra ikinci doza tətbiq ediləcək.
Qeyd edək ki, İran ilk yerli peyvəndi olan "COVIRAN Bərəkət"i 29 dekabr 2020-ci ildə kliniki sınaqdan keçirib və nəticələr uğurlu olub.