İran iki həftədən sonra koronavirus (COVID-19) peyvəndinin insanlar üzərində sınaqlarına başlayacaq.
Bu barədə TASS məlumat yayıb. Məlumatda deyilir ki, bunu İran Səhiyyə naziri Səid Namaki açıqlamasında bildirib.
Nazir qeyd edib ki, İran koronavirusa qarşı peyvəndin inkişaf I istiqamətində müsbət irəliləyişlər əldə edib: “Bir neçə tədqiqat qrupunun birgə əldə etməyə çalışdığı peyvənd artıq meymunlar üzərində sınaqdan keçirilib. İnsanlar üzərində isə qarşıdakı iki-üç həftə ərzində gerçəkləşəcək”.
Səid Namaki əlavə edib ki, bütün bu prosedurlar beynəlxalq standartlara və Ümumdünya Səhiyyə Təşkilatının protokollarına, eləcə də İran Qida və Dərman Təşkilatının normalarına uyğun həyata keçirilib”.