İran yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvəndini sınaqdan keçirib.
“Covo İran Barakat” adlanan peyvəndin sınaq mərasimində İranın səhiyyə naziri, prezidentin elm və texnologiya məsələləri üzrə müavini və digər məsul şəxslər iştirak edib.
Məlumata görə, peyvənd 3 könüllü üzərində aparılıb. Peyvənd vurulduqdan sonra könüllülərdə şok və qızdırma kimi əlamətlər müşahidə olunmayıb.
Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.
Bildirilir ki, indiyədək İranda 65 min nəfər peyvənd olunmaq üçün qeydiyyatdan keçirilib. İlkin mərhələdə peyvənd 56 nəfərə mərhələli şəkildə vurulacaq.