Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə naziri: "İradəli və möhkəm olmaq lazımdır" - VİDEO

  • 2020.03.24 22:01
  • 2268 Baxış

“Koronavirus xəstəliyinin gedişatı, digər ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, ciddi tədbirlər olmasa vəziyyət dəyişə bilər”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” verilişində deyib. Onun sözlərinə görə, indiyə qədər aparılan tədbirlər nəticəsində ölkəmizdə tam sabitlik təmin olunub.

“Dünyada xəstəlik sürətlə yayılır. Son 15-20 il ərzində müxtəlif epidemiyalar olub və onlarla rastlaşmışıq. Məsələn, "Quş qripi", Ebola, SARS infeksiyası. Bunların hər biri təhlükəli idi”.


O.Şirəliyev bildirib ki, Operativ Qərargah tərəfindən verilən qərarlara əməl edilməlidir: “Qərarlar Operativ Qərargahın işçiləri tərəfindən çox həssaslıqla hazırlanır. Tədbirlər düşünülmüş şəkildə həyata keçirilir ki, insanlara problem yaratmasın. Bu gün xəstəliyin aşkarlanması üçün laboratoriyalar təkcə Bakıda deyil, regionlarda da var və yerindəcə, dəqiqliklə tədqiqatlar aparılır. Hər bir azərbaycanlı bilməlidir ki, hökumət tərəfindən ciddi tədbirlər görülür. Amma son nəticə insanların hərəkətindən asılıdır. İnsanlar iradəli, möhkəm olmalıdırlar ki, buna qalib gələk. Necə ki, Çin xalqı xəstəliyin qarşısını çox layiqli şəkildə aldı, gərək biz bunun Azərbaycanda da şahidi olaq".