Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlimin koronavirusun inkişafına və təzahürünə təsir etmədiyini açıqlayıb.
Medicina.az xəbər verir ki, bu virusu Meksikada da Çində olduğu kimi ötürülə bilən bir virus olaraq nəzərdən keçirməliyik.
“Bu anda virusun fərqli iqlim şəraitində fərqli şəkildə özünü göstərə biləcəyinə dair heç bir əsas yoxdur”, - deyə ÜST-nin təcili yardım şöbəsinin müdiri Maria Van Kerkxova mətbuat konfransında söyləyib.
Xatırladaq ki, koronavirusun yayılması Çində dekabrın sonlarında qeydə alınıb. Xəstəlik Cənubi Koreya, İtaliya, İran və Yaponiyada geniş yayılıb. Bu günə qədər Çində koronavirusdan ölənlərin sayı 2715 nəfərə çatıb.