Yay istisi hər kəs üçün fərqlidir. İstidə havada oksigen az olur, bu da iqlim hipoksiyasına səbəb ola bilər.
Əgər istidə özünüzü çox pis hiss edirsinizsə, dərman qəbul etmədən vəziyyətinizi yüngülləşdirməyin bir neçə yolu var.
“Medicina” xəbər verir ki, həkim – nevroloq Kseniya Ovsyannikovanın sözlərinə görə, ilk növbədə, hava çatışmazlığından əziyyət çəkən beyindir.
“Nəticədə insan narahat, təlaşlı olur, yuxu və konsentrasiya ilə bağlı problemlər yaranır. Hipoksiya anemiya, vitamin B9 və B12 çatışmazlığı, iltihab, ödəm ilə hipotiroidizm, limfa durğunluğu fonunda baş verir.
Əgər istidə hava çatışmazlığından əziyyət çəkirsinizsə, bu şərtlərin olub- olmadığını yoxlamağa dəyər. Dərmanlar hipoksiyanı idarə etməyə kömək edə bilər. Bundan əlavə, hərəkət böyük rol oynayır.
Fakt budur ki, hüceyrə tənəffüsü prosesi yaxşı mikrosirkulyasiya şəraitində başlayır və bu adi gəzinti, üzgüçülük, rəqslərin köməyi ilə edilə bilər.
Belə görünə bilər ki, istidə sakit yatmaq daha yaxşıdır, amma əslində hər şey tam əksinədir. Bundan əlavə, kontrastlı duş çox faydalıdır.
Ayaq üstə atlama və ya yuvarlanma kimi limfa drenajı məşqlərini də sınaya bilərsiniz. Hər kəs üçün ümumi tövsiyə qızmar günəş altında, xüsusən səhər saat 11-dən axşam 4-ə qədər daha az çölə çıxmaq məsləhətdir.
Başınızı qorumaq çox vacibdir. Spirtli içkilər və şirin qazlı içkilər ən yaxşı şəkildə bitki çayları və mineral su ilə əvəz olunur”.
Aynurə Məmmədova