Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

iPhone 17 nə vaxt satışa çıxarılacaq? - Apple-ın ən nazik modeli olacaq

  • 2025.02.19 15:21
  • 287 Baxış
iPhone 17 nə vaxt satışa çıxarılacaq? -  Apple-ın ən nazik modeli olacaq

iPhone 17-nin nə vaxt çıxacağı və Apple-ın təqdimat tarixi texnologiyasevərlərin gündəmindədir.

Medicina.az xəbər verir ki, iPhone həvəskarları və texnologiyasevərlər iPhone 17-ni böyük maraqla gözləyirlər.

Hər il yeni bir model çıxararaq texnologiyasevərləri həyəcanlandıran Apple-ın yeni seriyası iPhone 17-nin təqdimat tarixi maraq doğurub.

iPhone 17 seriyasının dörd fərqli modeldə buraxılması gözlənilir: iPhone 17, iPhone 17 Air (və ya Slim), iPhone 17 Pro və iPhone 17 Pro Max.



Xüsusilə iPhone 17 Air modelinin 6,6 düymlük ProMotion OLED ekranı, 120 Hz yeniləmə sürəti və Dynamic Island dizaynı ilə Apple-ın bu günə qədərki ən nazik modeli olacaq.

Apple-ın ənənəvi təqviminə əsasən, yeni iPhone modelləri adətən sentyabr ayında təqdim olunur. Buna uyğun olaraq, iPhone 17 seriyasının 2025-ci ilin sentyabrında elan edilməsi gözlənilir.

Aygün
Medicina.az