İlk dəfə Nobel mükafatı 1900 – cü ildə təsis edilib. Bu mükafat yeni elmi kəşflərin ortaya çıxması ərəfəsində yaranıb. Yeni kəşflər intim sferaya da aid edilir.
“Medicina” xəbər verir ki, 1911 – ci ildə psixoterapevt Con Keyu qadın isterikasının müalicəsi mövzusunda maraqlı kəşf edib. Keyunun fikrincə, qadınlarda isterika həyatdan narazılıq hisslərinə qədər gətirib çıxarır.
C.Keyu şəbəkəyə qoşulmuş və vibrasiya edən xüsusi yuvarlaq ucluqlu metal qurğu kəşf edib. Kişi diqqətini çəkməmək üçün bu vasitəni “ Vibrator” adlandırıb. Yeni cihazın “Müalicə effekti” heyrətamiz idi. Bu kəşfin nəticəsində müalicə etdiyi qadınlar tez bir zamanda psixoloji problemlərdən xilas olurdular.
Dr.Kiyunun qəbul kabineti qadın axınının öhdəsindən artıq gələ bilmədiyindən “vibrator”un kütləvi istehsalına başlanıldı.
II dünya savaşından sonra Almaniyada qadınların çoxu kişi qıtlığından əziyyət çəkirdi.
Hətta əksəriyyəti fahişə kimi işləməyə razı idi. Almaniyalı qadın Beata Uze Flesburq dünyada ilk dəfə seks şop açaraq vibratorların reklamı ilə məşğul oldu. 16 ildən sonra bu qadın həm şöhrət, həm milyonlar qazandı.
Günay Quluzadə