Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İntim həyata neçə yaşından başlamaq olar? – DİQQƏT

  • 2023.03.02 21:06
  • 2210 Baxış
İntim həyata neçə yaşından başlamaq olar?  – DİQQƏT

Azərbaycanda qadınların intim həyatı əksər hallarda ailə həyatı qurduqdan sonra başlayır.

Bəzən bizdə erkən cinsi həyata başlamağı ciddi səhv kimi təqdim edirlər. Gənclər isə Avropa və Qərb ölkələrini misal göstərərək, cinsi azadlıq hissini üstün tutur.

“Medicina” xəbər verir ki, tibb özü də erkən cinsi həyata başlamağa tərəfdar deyil.


Ginekoloq Anna Anikeyeva bildirir ki, 14 - 15 yaşlarında qızlar intim həyata başlayarsa, infeksiyaya yoluxarsa, bu zaman immunitetin bu infeksiyalarla mübarizə aparması çətin olur.

Hamilə qalıb, dünyaya uşaq gətirərsə bu da psixoloji travmalara yol açır. Adətən normal yaşda dünyaya uşaq gətirən ana belə müəyyən psixi problemlər yaşayır. Amma az yaşda, bu psixi problemləri yaşamaq,onları aradan qaldırmaq müəyyən psixoloji güc tələb edir.


Həkim qeyd edir ki, valideyin həm oğlan hə qız uşaqları ilə o yaşlarda daha diqqətli olmalı, müəyyən söhbətlər aparılmalıdır. Çünki intim münasibətlərin və dünyaya uşaq gətirməyin yaşı 18 – dən yuxarı sayılır. Bu yaşda artıq həm orqanizm, həm psixi vəziyyət qənaətbəxş hesab edilir.

Günay