Uzun müddət, hətta illərlə intim əlaqənin olmamasının qadın və kişi sağlamlığına dəhşətli nəticələri açıqlanıb.
"Medicina" xəbər verir ki, həkim uroloq, seksoloq Aleksandr Lubennikov seksdən uzaq qalmağın kişilərdə impotensiya və qadınlarda onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olduğunu deyib.
Uzun müddət intim əlaqənin olmaması özünə qapanma, depressiya, aqressiv davranışa səbəb olur.
"Elmi sübut olunub ki, cinsi həyatın olmaması və ya istəyin olmaması sağlamlığın pozulmasına gətirib çıxarır.
Kişilərdə bu yaddaşın azalması, koqnitiv funksiyaların zəifləməsi, impotensiyaya səbəb olur.
Qadınlarda isə uşaqlıq xəstəlikləri və uşaqlığın onkologiyasına səbəb ola bilir.
Uzun müddət sekssiz həyat nevroz, aqressiya, yuxu pozulması yaradır.
Eləcə də ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabetə rəvac verir".
Həkim həm kişilər, həm qadınlar üçün aylıq cinsi münasibət minimumunun 5 dəfə olduğunu da bildirib.
Aygün Musayeva