Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İntim əlaqə haqqında təəcübləndirəcək - 10 fakt

  • 2023.05.11 22:30
  • 4869 Baxış
İntim əlaqə haqqında təəcübləndirəcək  -  10  fakt
Sağlıqlı intim həyat hər bir kişi və qadın üçün vacib hesab edilir. Mütəxəssislərin son araşdırmaları bir çoxlarınızı təəcübləndirəcək.

“Medicina” seks barədə ağlagəlməz 10 faktı təqdim edir:

1.Seks ilə məşğul olmaq - sinir və ürək – damar sistemlərinə faydalı təsir göstərir. Psixikanı tarazlaşdıran kortizol hormonunun ifrazı ilə bədəni stressdən azad edir.

2.Cinsi oyanma və orqazm- qanda leykositlərin sayını artırır. Nəticədə bədənin immun müdafiəsi aktivləşir ki, soyuqdəymələr insana o qədər də təsir etmir.

3.Qadınlarda süd vəzi uclarına toxunmaq oksitosin istehsalını stimullaşdırır. Bu hormon orqazmıa səbəb olan vaginal və uşaqlıq yolunun daralmasına səbəb olur.

4. Belə bir araşdırma var ki, hər gün alma yeyən qadının daha çox seksual hissi olur. Eləcə də cinsi əlaqə zamanı daha çox həzz ala bilir.

5. 45 – 59 yaş arası kişilər həftədə iki dəfə sekslə məşğul olarsa, insult və infarkt riskindən ölmə halları azalacaq.

6. Cinsi əlaqə zamanı orta hesabla kişi 1 dəqiqəyə 4,2 kolori, qadın isə 1 dəyqəyə 3,1 kolori yandırır.

7. Cinsi münasibət yuxusuzluğun qarışısını ala bilər. Cinsi əlaqədən sonra qanda prolaktin hormonu dövran edir. Nəticədə insana məmnunluq və rahatlıq hissi bəxş edir

8. Hətta ən uğurlu cinsi əlaqədən sonra insan özünü kədərli və hirsli hiss edə, hətta ağlaya da bilər. Bu emosiyalar tamamilə normaldır.

9. Oral sekslə məşğul olmaq 35% insanlarda papillioma virusu infeksiyasına (İPV) yoluxa bilər. Üstəlik yoluxduğu gündən bir neçə il ərzində boğaz xərçənginə səbəb olur.


10. Qadınlar kişilərdən orta hesabla 14 saniyə daha uzun orqazm yaşayırlar: müvafiq olaraq 20 saniyəyə qarşı 6 saniyə

Günay Quluzadə