Həftədə bir dəfə ağlamaq stressi azaldır və insanı mənən rahatladır.
Medicina.az xəbər verir ki, bu barədə araşdırma "Current Directions in Psychological Science” adlı elmi jurnalda yayımlanıb. Araşdırmaya görə, 30 ölkədən olan respondentlərin çoxu ağladıqdan sonra rahatlandığını bildirib.
Mütəxəsislərə görə, insan orqanizmi 3 müxtəlif göz yaşı ifraz edir:
Refleksor ağlama - insanın əsəbləri sakitləşir
Mütəmadi ifraz olunan göz yaşı - gözlərin daimi nəmli qalmasını təmin edir
Duyğusal ağlama isə insanın ruh sağlamlığına müsbət təsir edir.
80-ci illərdə insanın ağlama səbəblərini araşdıran amerikalı həkim Uilyam Freyə görə, ağlayan zaman orqanizmdən stress hormonları xaric olur.
Göz yaşının sidik və tərləmə kimi bir funksiya olduğunu vurğulayan Freyin sözlərinə görə, vücudda stressin yaratdığı "zəhərli maddə” ağlayaraq xaric olunur.
Onu da qeyd edək ki, G20 ölkələri arasında 3-cü ən güclü ölkə olan Yaponiyada intihar səviyyəsi ən yüksək həddədir. Yaponiyada stress və depressiya səviyyəsinin yüksək olması səbəbindən mütəxəssislər ağlama təlimlərinə xüsusi yer ayırırlar. Belə ki, bunu sayəsində son 10 ildə Yaponiyada intihar hadisələrinin sayı kifayət qədər azalıb.
Arzu
Medicina.az