Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İntihar etmək istəyən xanımlar, sizi anlayıram… - Eldəniz Əmirovun yazısı

  • 2022.01.22 13:49
  • 1784 Baxış
 İntihar etmək istəyən xanımlar, sizi anlayıram…  - Eldəniz Əmirovun yazısı

Bax, dünən sənin kimi bir qadın müəllimə Göyçayda intihar etdi və 3 uşağını yetim qoydu.

Səni (Sizi) anlayıram…

Səni bezdirən səbəblərə görə intihar etmək istəyirsən. Düşünürsən ki, intihar etsən canın qurtaracaq, əvəzində səni buna vadar edənlər əməllərinə peşman olacaq, onlara öz ölümün ilə zərbə vurmuş olacaqsan, filankəslər sənin qədrini sağlığında bilmədiyi üçün qəbrinin üstündə gəlib peşman-peşman ağlayacaqlar.

Sən bu düşüncələrlə də intihar edirsən.

Bəli, ilk günlər sən nə düşünmüşdünsə, elə də olacaq: Sənin canın əzabdan qurtaracaq, hamıya xəbər yayılacaq, səni incidənlər peşman olacaqlar, filankəslər sənin qədrini bilmədiyi üçün qəbrinin üstündə gəlib peşman-peşman ağlayacaqlar.

Amma sonra az sonra hər şey dəyişəcək. Yas mərasimin boyu tanış-bilişlərin 80-90%-i sənin əsl dərdini bilmədən mənasız söhbətlər edəcəklər.

Yas qurtaracaq, səni ürəkdən sevənlər 3-5 gün ağlayıb doyacaq. Sonra hər kəsin göz yaşı quruyacaq.

Ölümün nə olduğunu anlamayan körpən isə hər gün atasına:

-Anam nə zaman qayıdacaq?- sualını verəcək.

Anasızlığı dərk edən böyük uşağın isə otağın küngünə sıxılıb gecələr gözünə yuxu gedənə qədər ağlayacaq. İlk günlər ərin və qohum əqrəban bu uşaqlara dəstək olacaqlar. Amma sonra sənin üçün ağlaya-ağlaya yuxuya gedən uşağın üstünə örtən də olmayacaq.

-Anam nə vaxt gələcək?”- deyə soruşan balaca körpənə ərin bir-iki gün:

-Anan gələcək, - deyə cavab verəcək. Amma sonra o da yorulacaq. 3-5 gün sonra isə uşağa bir də sənin qayıtmayacağını başa salacaq.


Sən isə bütün bunlardan xəbərsiz halda mollanın tapşırığı ilə qəbirə hansı tərəfi üstə qoyulmuşdusa elə də tərpənməz qalacaqsan.
Büküldüyün ag parça heç çürüməyə başlamadan uzaq qohumlarının yadından çıxacaqsan.

Bu ağ parça çürüməyə başlayanda isə səni səhər-axşam yadina salan yalnız qoca anan olacaq.

Çürüməkdə olan parçada gəzən həşəratlar sənin dərindən dişləməyə yer axtaran zaman isə uşaqların günorta yeməyinə nə yeyəcəklərini düşünəcəklər.

Karroziyayalı torpaq çürümüş parçadan görünən bədəninə uçub tökülən zaman ərinin qohum-əqrəbası ona:

-Bu uşaqları necə saxlayacaqsan, sənə evlənmək lazımdır, -deyə təkliflər edəcək. Ərin ilk vaxtlar bunu qəbul etməyəcək. Amma sənin büküldüyün parçadan əsər-əlamət qalmayana qədər inadından dönəcək. Acgöz soxulcan sənin tanınmaz hala düşmüş bədənini iştahla yeyəndə sənin ərin sevişməyə qadın axtaracaq, ya da axşamlar divanda oturub qohumların ona məsləhət gördüyü qadınlar arasından seçim edəcək.

Qəbir divarlarında həşəratlar çoxaldıqca sənin xatirən yaddaşlarda azalacaq. Qardaş da, bacı da öz problemləri arasında elə itib batacaq ki, sənin il dönümü mərasiminə gələndə artıq sən söhbətin mövzusu olmayacaqsan. Onlar bir-birindən bu çətin zamanədə necə dolandığını xəbər alacaq və problemlərindən danışacaqlar. Qonşuların bəzisi yeməyə girişəcək, bəzisi mollaya gic-gic suallar verəcək. Mağarın qabağında dayanan ərin isə başsalığı qəbul edə-edə gələcək planları haqqinda fikirləşəcək.

Daha bir il böyümüş və anasızlığı artıq qəbul etmiş və arıqlayıb çöpə dönmüş uşağın isə “ögey ana” haqqında düşüncələr içində çabalayacaq.


Hələ də baş verənləri dərk etməyən günahsız balaca balan isə nimdaş geyimdə ortalıqda qalacaq, gah xalasının ətəyindən dartıb çay istəyəcək, gah da yıxılıb palçığa batmış əllərini bibisinə göstərib ağlayacaq...