İnternet, sosial şəbəkələr, mesajlaşma proqramları müasir insanın yuxu rejiminə ciddi təsir göstərir. Bu kimi amillər əksəriyyətinin yuxu rejimini pozur, bu isə insan sağlamlığı üçün olduqca zərərlidir.
Bəs yuxu rejimini yaratmaq üçün nə edilməlidir?
Medicina.az türk mütəxəssislərinin hazırladığı siyahını sizə təqdim edir:
Yataq otağınıza televiziya, mobil telefon kimi əşyaları qoymayın.
Otaq qaranlıq olmalıdır. Çünki qaranlıq yuxu hormonları istehsal edir. Bunun üçün tünd rəngli pərdələrdən, oboylardan istifadə edə bilərsiniz.
Görüntülü saatlardan istifadə etməyin. Əgər mütləq şəkildə hansısa aləti yanınıza qoymalısınızsa, bu ən azı 1 metr sizdən uzaqda durmalıdır.
Yatağa mümkün qədər tez girin. Ən əsası isə yatağı ancaq yatmaq üçün istifadə edin. Yataqda uzanıb saatlarla mobil telefondan istifadə yuxu rejimini pozur.
Ən ideal saat isə gecə 23.00-dır. Çünki 23.00-01.00 arası adrenalin sisteminiz yenilənir. Bu zaman yuxuda olmağınız tövsiyə edilir. Həmçinin öd kisəsi bu saatlarda zəhərləri vücudunuzdan atır.
Rahatlaşdırıcı musiqilər dinləyə bilərsiniz. Kitab da oxuya bilərsiniz.
Artıq çəkidən xilas olun. Piylənmə də yuxu rejiminə təsir edən faktordur.
Mümkün qədər dərmandan az istifadə edin. Əksər dərmanlar yuxu rejiminə mənfi təsir göstərir.
Şəhanə Quliyeva