Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnternetin bilinməyən faydası - Altsheymerin qarşısını alır

  • 2023.05.10 09:00
  • 1171 Baxış
İnternetin bilinməyən faydası -  Altsheymerin qarşısını alır
ABŞ-da aparılan araşdırmada internetlə bağlı maraqlı fakt ortaya çıxıb.


İnternetin demansiyanın qarşısını aldığı məlum olub.

Araşdırmanı Nyu-York Universiteti internet aludəçisi olan yaşlı insanlar üzərində aparıb.

Tədqiqatda 50-65 yaş arası 18 mindən çox insan illərlə müşahidə edilib.

İştirakçılara iki ildən bir internetdən istifadələri barədə sual verilib. Onların internetdən müntəzəm olaraq e-poçt göndərmək, onlayn alış-veriş etmək və ya tətil üçün internetdən istifadə edib-etməmələri yoxlanılıb.

Türkiyəli nevroloq Sərdar Daşdəmir mövzu ilə bağlı qeyd edib:

“Bu araşdırmada iştirak edən şəxslərin heç birində demansiya və altsheymer xəstəliyi yoxdur. Tamamilə sağlam insanlardır. Təxminən 17 illik müşahidə nəticəsində internetdə 2 saatdan az vaxt keçirən insanlarda altsheymer riskinin daha az olduğu müəyyən edilib”.

O, uşaqların internetdə vaxt keçirməsi ilə bağlı da danışıb:

“Uşaqların əlində telefon və ya planşet görəndə əsəbiləşirik. Onun zərərli olduğunu deyirik. Amma araşdırma göstərir ki, uşaqlardan uzaq tutmağa çalışdığımız internet qocalıqda unutqanlığın və demensiyanın qarşısını alacaq".

Daşdəmir, sonda internetin zərərlərinə də toxunub:

“İnternetdən gün ərzində 8 saatdan çox istifadənin zərərli olduğunu bilirik. Xüsusilə gənc insanlarda diqqətsizlik, qavrayış pozğunluğu kimi bəzi fəsadlara yol açır”.