Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnternetdə "yeməli torpaq”satışa çıxarıldı – Kimlər alıb yeyə bilər?

  • 2020.02.20 14:37
  • 5100 Baxış
İnternetdə "yeməli torpaq”satışa çıxarıldı –   Kimlər alıb yeyə bilər?
Bir neçə müddətdir sosial mediada, internet vasitəsilə qida məqsədli, yəni yeməli torpaq satışına rast gəlinir.

Medicina.az xəbər verir ki, xüsusən Türkiyədə müxtəlif ölkələrdən gilli torpaq və təbaşir kimi məhsullar gətirən və onlayn satışını təmin edən xüsusi biznesmenlər meydana çıxıb. Belə ki, məhsulları təqdim edənlər onların steril olduğunu qeyd edərək, Pika sindromundan əziyyət çəkən şəxslərə sataraq pul qazanır. Hətta belə sifarişlərdən birində Konyadan gəldiyi bildirilən torpağın yarım kilosunun 35 lirə(10 manat), digər fərqli bölgələrdən gətirilən təbaşir və torpağı isə 100 lirəyə (28manat) satışa çıxarıblar. Qeyd edirlər ki, bu torpaqlar daha minerallıdır.

Lakin uzmanlar torpaq yemənin heç bir mineral əskikliyini aradan qaldırmadığını bildirib. Üstəlik onlar qəbizlik, bağırsaqlarda parazit, civə zəhərlənməsi və yetişkin insanlarda cinsi istəyin azalmasına gətirib çıxarır. Torpaq, gil,təbaşir, kömür kimi maddələr yemə vərdişi olan şəxslər tibdə pika sindromu kimi adlanan xəstəlikdən əziyyət çəkirlər. Lakin xalq arasında tibbi adı bilinmədiyinə görə, adətən dəmir, sink, kalsium əskikliyi kimi səbəblərdən belə təlabatın olması kimi yozulur.

Ən təhlükəlisi isə civə zəhərlənməsi və nevroloji pozuntulara səbəb olmasıdır. Uzmanlar bildirir ki, torpaq yeyən şəxslər torpaqla birgə parazitlər, parazit yumurtaları da yemiş olur. Təsiri qısa müddətdə görülməsə də, daha sonra yavaş-yavaş ortaya çıxır.

Böyüklərdə ciddi və ağır nevroloji problemlər, libidin itirilməsi, cinsi istəyin azalması ilə müşahidə olunur. Uşaqlarda isə diqqət dağınıqlığı,davranış pozuntuları, böyüməyin ləngiməyi kimi problemlərlə ortaya çıxır.