Ötən əsrin əvvəlində alman alimi Rekkeveqin həkimlərə tövsiyə etdiyi biotənzimləyici terapiya hazırda qidalanma, həyat tərzinin pisləşdiyi bir dövrdə birmənalı olaraq əvəzolunmaqz bir terapiyadır.
"Medicina" xəbər verir ki, artıq bütün dünyada səhiyyə əksər xroniki xəstəliklərin yaranmasında mədə-bağırsaq problemlərinin durduğunu təsdiqləyir.
Bağırsaq-beyin, bağırsaq-dəri, bağırsaq-qaraciyər oxu bu işdə mühüm rol oynayır.
Mədə-bağırsaq xəstəliklərinin ən uğurlu müalicəsi İnteqrativ Tibb ilə mümkündür. Bu fakt öz təsdiqini İnteqrativ Tibbin mərkəzi olan Bioloji təbabət klinikasında Kron və Ulserativ kolit kimi ağır xəstəliklərin uğurlu müalicəsi ilə tapıb. Sözsüz daha yüngül mədə-bağırsaq xəstəliklərində İnteqrativ tiblə daha tez, daha effektiv və orqanizmdə heç bir əlavə təsir yaratmadan müalicə etmək mümkündür.
31.10.-2.11.2022-ci ildə “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzinin proqramı üzrə Bioloji Təbabət Klinikasında Prof. Xolodova İrina Nikolayevna mədə-bağırsaq sistemi xəstəliklərində biotənzimləyici terapiyanın əsaslarını aydın şəkildə həkimlərə çatdıracaq.
Mühazirəçi: Xolodova İrina Nikolayevna
Tibb elmləri doktoru, professor, ali dərəcəli həkim
31.10.22
MBT -nin funksional pozulmalarının Biotənzimləyici Terapiyası
01.11.22
Bağırsaq patologiyalarının Biotənzimləyici Terapiyası
02.11.22
Qaraciyər və mədəaltıvəz patologiyalarının Biotənzimləyici Terapiyası
Ünvan: Bakı, 3 mkr., Pişəvəri küç., 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında
(Bioloji Təbabət klinikasının akt zalı)
Tel: (012) 430 89 49