İnteqrativ Təbabətlə revmatoloji xəstəliklərin müalicəsi

  • 2024.07.05 17:01
  • 456 Baxış
İnteqrativ Təbabətlə revmatoloji xəstəliklərin  müalicəsi
4-5 iyul tarixlərində Bakı Sağlamlıq Mərkəzində “Revmatologiya və Daxili Xəstəliklər Məktəbi “ adlı konfrans keçirilib.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən revmatoloqlarla yanaşı Türkiyədən də revmatologiya üzrə həkimlər dəvət olunub. Konfrans hər iki ölkənin mütəxəssislərinin revmatoloji xəstələrin müalicəsinə müasir yanaşmalarla yaxından tanış olması məqsədi daşıyırdı.


"Medicina" xəbər verir ki, konfransda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini revmatoloq Kamilə Yusifova təmsil edib.


Onun “ Revmatoid artritin patogenetik müalicəsində İnteqrativ Təbabətin aspektləri” mövzusundakı çıxışı tədbir iştirakşıları tərəfindən böyük marağa səbəb olub.


Kamilə xanım çıxışının sonunda qeyd edib ki, İnteqrativ Təbabət təkcə revmatoloji deyil, ümumiyyətlə xroniki və degerenativ xəstəliklərin müayinəsinə və müalicəsinə fərqli yanaşır.


Bu fərqli yanaşma pasientlərin müalicəsində alınan müsbət nəticələrlə özünü doğruldur. İnteqrativ Təbabət metodları ilə müalicə sayəsində hətta müalicəyə çətin tabe olan xəstəliklərdə belə ya tam sağalma, ya da uzun müddətli remissiya almaq mümkündür.


MEDİCİNA.AZ