Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnteqrativ Təbabət üzrə tanınmış mütəxəssisin Bakıda seminarı

  • 2024.05.22 14:46
  • 860 Baxış
 İnteqrativ Təbabət üzrə tanınmış mütəxəssisin    Bakıda seminarı

Xəbər verdiyimiz kimi, Kolumbiyanın Javeraniya Universitetindəki İnteqrativ Təbabət kafedrasının müdiri, tibb elmləri doktoru, beynəlxalq dərəcəli lektor Arturo O`Birne BTİMM-nin dəvəti ilə Azərbaycana gəlib. Kolumbiyalı professor həm də seqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə dünyanın tanınmış mütəxəssislərindəndir.


"Medicina" xəbər verir ki, o, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluğu və İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə mayın 21-də Badamdar Hotel Residences -də keçirilən seminarın məruzəçisi idi.

Seminar “Xroniki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusuna həsr olunmuşdu.


Bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidenti mayın 23-dən 25-nə qədər isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində yerli həkimlərimiz üçün seminar keçirəcək. Beynəlxalq lektorun seminarının mövzusu “ Metabolik pozulmalar nəticəsində yaranan xəstəliklərin biotənzimləyici sistemli təbabətdə müalicəsi” ilə bağlı olacaq.


İnteqrativ Təbabət üzrə böyük nəzəri və praktik təcrübəsi olan Arturo O`Birne dəfələrlə BTİMM-də yerli həkimlərə müxtəlif xəstəliklərin müalicəsində adı çəkilən təbabətin əhəmiyyətli roluna həsr olunmuş seminarlar keçirib. Qeyd edək ki, İnteqrativ Təbabət orqanizmin özünütənzimləmə mexanizmlərini nəzərə alaraq hər bir xəstəliyin müalicəsinə fərdi və fərqli yanaşır.Tətbiq edilən metodlar xəstəliyin deyil, xəstənin müalicəsinə yönəlir. Çünki orqanizm vahid bir sistemdir və orqanların fəaliyyəti bir-biri ilə sıx əlaqəlidir.


Hər hansı bir səbəbdən bir orqanın funksiyasının pozulması digərinin işinə də mənfi təsir göstərir. Hər bir orqanın funksiyasının bərpasına yönələn kompleks müalicə zamanı pasient səhhətindəki problemlərdən xilas olur. Xəstə özünü gümrah, sağlam hiss edir, əhval-ruhiyyəsi düzəlir, aktiv həyat tərzinə qayıdır.


Qısaca xarakterizə etsək, deyə bilərik ki, İnteqrativ Təbabət xəstəliyin səbəbinin aradan qaldırılmasına yönələn, orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edərək xəstəliyə qarşı müqavimətini artıran bir təbabətdir. Nəticədə funksiyaları bərpa olunan orqanlar aktivləşərək xəstəliyə qalib gələ bilir.Bununla da pasientin sağlıq problemi həll edilir.


Bakıda fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlər 3 gün ərzinddə “Dismetabolizm və onun nəticələri”, “ Dismetabolizm və Biotənzimləyici sistemli təbabət”, “ Dismetabolizm və Biotənzimləyici sistemli təbabətin protokolları” mövzularına dair ətraflı bilgi alaraq öz praktikalarında öyrəndiklərini tətbiq edə biləcəklər.

Ətraflı məlumat üçün:
“Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi”
(050) 430 89 89;
Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110