Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İnteqrativ onkologiya” – onkoloji xəstəliklərin müalicəsinə fərqli yanaşma - FOTO

  • 2024.10.31 14:54
  • 200 Baxış
“İnteqrativ onkologiya” –  onkoloji xəstəliklərin müalicəsinə fərqli yanaşma - FOTO
Oktyabrın 26-da Milli Onkologiya Mərkəzində “İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Medicina.az xəbər verir ki, tədbirin sponsorları Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, Afgen Genetik Diaqnoz Mərkəzidir.

Onkoloji xəstəliklərin diaqnostika və müalicəsində ən son elmi nailiyyətlər hansılardır? Müasir dövrdə hansı yeni fikir və fərqli yanaşmalar daha aktualdır? Xroniki xəstəlik sayılan onkoloji proseslərin standart müalicəsində hansı yanlışlıqlar var? Yeni istiqamət olan “İnteqrativ onkologiya” bu yöndə nələr təklif edir? kimi mövzularla bağlı konfransın spikerləri həkimlərə - Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl səhiyyə ocaqlarının onkoloqları, genetika üzrə mütəxəssislərinə geniş məlumat veriblər.

Konfransın açılışını terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.





Daha sonra söz spikerlərə verilib. Spikerlərdən biri alman alimi (türk əsilli), Almaniya Onkologiya Cəmiyyətinin vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü dr. med. Hüseyn Şahinbaş idi. Dünyaca məşhur alimin maraqla qarşılanan çıxışının mövzusu alman alimi H.H..Rekkeveqin “Xəstəliklərin 6 fazalı inkişaf cədvəli”nə görə xərçəngin yaranma səbəbləri, bu xəstəliyin müalicəsində drenaj-detoksikasiya və qidalanmanın rolu haqqında olub. Hüseyn Şahinbaş bu mövzu ətrafındakı yeni tibbi bilgilərini azərbaycanlı həmkarları ilə bölüşüb.

Gün boyu davam edən tədbirdə türk əsilli məşhur alimin xərçəng xəstəliklərinin müalicəsində yüksəkdozalı vitamin C infuziyaları və omeloterapiyadan istifadənin uğurlu nəticələri” və “Onkoloji xəstəliklərin müalicəsində psixoterapiya, idman və termoterapiyanın rolu” mövzusundakı çıxışları da onkoloqların diqqətini çəkib.

Konfransda maraq və diqqətə səbəb olan çıxışlardan biri də həkim-ginekoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Natəvan Axundovanın mərüzəsi idi. Natəvan xanımın çıxışı “Uşaqlıq boynunun xərçəngönü xəstəliklərində omeloterapiyanın effektivliyi”nə həsr olunub.

Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikriyyə İbrahimlinin ”İnteqrativ tibb metodları ilə kimyaterapiyanın əlavə təsirlərinin aradan qaldırılması“ mövzusundakı çıxışı iştirakçılarda bir daha belə qənaət yaradıb ki, onkoloji xəstəliklərdən əziyyət çəkən insanların yaşam tərzini, əhval-ruhiyyəsini, psixologiyasını xeyli yaxşılaşdırmaq mümkündür və bunun üçün İnteqrativ Tibbin fərqli yanaşması və müalicə üsulları daha məqsədəuyğundur.





Dünyada inteqrativ onkologiyanın hansı nailiyyətləri var?


Bu yenilikləri ölkəmizdə necə tətbiq edə bilərik?


Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin onkoloqu, baş həkimin müalicə işləri üzrə müavini Rəna Niftəliyeva öz çıxışında daha çox bu məsələlərə toxunub və təbii ki, çıxışı ilə konfrans iştirakçılarının diqqətini mövzuya cəlb etməyi bacarıb.

“İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfransda Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutunun professoru, tibb elmləri doktoru İvan Stanislavoviç Rolikin “Dəri xərçənginin İnteqrativ Tibb üsulları ilə müalicəsindən klinik hallar”, Milli Onkologiya Mərkəzinin onkoloqu, tibb üzrə fəlsəfə doktoru Elçin Mansurovun “Onkologiyada ənənəvi müalicə üsulları” mövzusundakı çıxışlarından həmkarları öz sahələrinə aid yeni bilgilər ala biliblər.


Tədbirin sonunda spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.