Dünya
Səhiyyə Təşkilatı 2004-cü ildən başlayaraq hər il oktyabrın 29-nu Dünya
İnsultla Mübarizə Günü kimi qeyd edir.
Medicina.az xəbər verir ki, İnsult
beyin qan dövranı pozulması olub iflic və əlilliklə nəticələnir. İnsan
insult olduqdan sonra yataqda düşünür ki, gərək əvvəldən bunun qarşısını
alardım. Amma necə? Hazırda insultdan qorunmağın efektiv yollarını araşdırıb.
1.30 yaşından sonra təzyiqi nəzarətə al
Əgər yüksək təzyiq varsa, səbəbini araşdır, həkimini tap, dərmanını
al. Bundan qorxma. Təzyiqini bilməməkdən qorx. Həftədə azı 3-5 dəfə
müxtəlif vaxtlarda təzyiqini ölç.
Əgər sisin baba, nənə, ata-ananızda hipertoniya xəstəliyi olubsa,
yəni təzyiq 160 və yuxarı qalxıbsa, yüksək təzyiqdən insult, infarkt,
ölüm faktı olubsa, siz risk qrupundasız. Bu barədə həkiminizə deyin və
mütləq vaxtında müalicə alın.
2.Özünüzü və yaşlı valideynlərinizi stresdən qoruyun
Adətən tərk edilmiş, uşaqları öz işi, ailəsi ilə məşğul olan
ata-analar təklikdən depressiyaya düşür, daim gərgin olur, öləcəyini
düşünür, vaxtında həkimə getmir, nəzarətsiz qalır. Stress, depressiya
ürək-damar sistemini insulta yaxınlaşdıran səbəbdir.
Validyenlərinizin səhhəti ilə heç olmasa ildə 2 dəfə ciddi
maraqlanın. Həkimə aparın, xəbərdar olun, dərmanlarını alın və çalışın
onların həyatını stresdən uzaq, maraqlı edəsiz. Eləcə də özünüz hər boş
səbəblərdən əsəbləşməyəsiz. Əgər nevroz, əsəb varsa, mütləq nevroloq və
psixoloqla bunu cavan ikən həll edin.
3.Tromb yaranmasına imkan verməyin
Bunun qarşısını alan ən məşhur preparat aspirindir. 45 yaşından
sonra qanı qatı olan, ürək-damar, təzyiq problemləri olanlara təyin
olunur.
Siqaret çəkənlər, az hərəkət edənlər, qanda xolesterini yüksək olanlar, artıq çəkisi olanlar tromba yaxındır.
1-2 ildən bir müəyyən əsas damarlarda tromb olub olmamasını
dopllerlə yoxlada bilərsiz. Tromba qarşı prosedur və digər dərmanlar da
var ki, onları həkim təyin edir.
4.Qanda pis xolesterini azaldın
Qanda xolesterin analizi çox vacibdir. Yüksək dərəcədə (200 mq/dl
çox olduqda) xolesterin insult riskini artırır. Onu salmaq üçün
dərmanlar və xüsusi dieta var
5. Qəbul etdiyiniz dərmanlar
Şəkərli diabet, artrit, zob və s. yabaşı xəstəliklərdə müxtəlif
dərmanlar qəbul edənlərdə əks təsir olaraq tromb, ürək-damar
pozulmaları, insult ola bilir. Eləcə də çox ağrıkəsici qəbul edənlər.
Mütləq ildə 1-2 dəfə müalicə həkimi ilə lazım olmayan dərmanları
çıxarın, ürək-damar problemi varsa alternativ sxem seçin.
6.Artıq çəkini atın, dieta saxlayın
45 yaşdan sonra artıq çəki, piy sizə heç bir xeyir verməyəcək. Bu
ürəyin yükünü artırır. Ona görə fiziki aktivliyi artırıb, tərəvəz,
meyvə, göyərti, yağsız ət, qatıq, balıqdan ibarət sağlam dietaya keçin.
Sutkalıq kalorini aşmayın. İçkini azaldın
7.İnsult birdən gəlmir, əvvəl siqnallar göndərir
Hər 3 insult xəstədən biri əvvəlcə işemik ataklar – mini insult keçirib. Ondan sonra kəskin insult olub.
İnsultun birinci əlamətləri bunlardır:
Üz, əl-ayaqda bir tərəfli uyuşma, zəiflik, hissiyatın itməsi, arada səyrimə və səntirləmə
Nitqdə dəyişiklik, yubanma, sözlərin aydın olmaması
Qəfil başgicəllənmələr, görmədə problem
Bu əlamətlər artıq beyni və ürəyi yoxlatmağın təcili olmasına işarədir.