Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsultun olacağını 30 gün əvvəldən xəbər verən – Əlamətlər

  • 2021.02.17 14:45
  • 2414 Baxış
İnsultun olacağını 30 gün əvvəldən xəbər verən  – Əlamətlər

İnsult baş beyin qan dövranı pozulması olub, qəfildən insanı yaxalayır. Lakin bu bəzən xəstələrə elə gəlir ki, oturduğu yerdə insult oldu. Orqanizm elə qurulub ki, fəlakət siqnallarını xeyli əvvəldən verir, amma insan bunu görməzdən gəlir.


Statistikaya görə, hazırda dünya əhalisinin ölüm səbəbində 3-cü yerdə insult durur.

İnsult baş beyində hər hansı damarın tıxanması və ya əksinə partlaması ilə baş verir.


Medicina.az insultun gəlişini 30 gün əvvəldən bildirən əlamətləri təqdim edir:

Hələ bir ay öncədən insanda belə əlamətlər ola bilir: sanki yerişi səntirləyir, tez-tez büdrəyir, yıxılır, ayaqları uyuşur, ya da hiss olunmur. Təzyiqi yüksəlir, görməsi bulanıq olur, orqanizm zəiflik və yorğunluq hiss edir.

Tez-tez hıçqırmaq, çiyin, boyunda ağrı, uyuşma, boyunda şişkinlik, tənəffüs və ürək ritmində pozulma, baş ağrıları da görülür.
Bu əlamətlər həm də digər xəstəliklərin səbəbi, amma eyni zamanda insultun xəbərçisi ola bilər. Odur ki, bu əlamətlərdən 2-3-ü və ya hamısı varsa, yubanmadan nevroloqa müraciət edin