Kəskin insultun ən bariz əlaməti xəstənin huşunun itirməsi və bir neçə saniyədən sonra epileptik tutmaların, qıcolmaların başlamasıdır. Bəzən qıcolmalar bir –birinin ardıyca təkrarlanır.
Bu vəziyyətdə nə etməli?
Xəstəni böyrü üstə çevirib, başının altına yastıq və ya nəsə qoymalı, pəncərə açılaraq xəstəyə təmiz hava gəlməsi təmin olunur, başını əllərinizlə tutub, ağzından maye, köpük gələrsə silməli. Qıcolma zamanı qəti şəkildə əl-ayaqlarını güclə tutmaq, açmaq olmaz. Qəti olaraq naşatır spirti istifadəsi olmaz. Bu tənəffüsü dayandıra bilər.
Pristup keçirən xəstənin yerini dəyişmək, harasa aparmaq olmaz. Əgər nəbzi hiss olunmursa, nəfəsi kəsildisə, dərhal ürək masajı və süni nəfəinə keçirilməlidir. Bütün bunlar təcili yardım gələnə kimi aparılmalıdır. Ondan sonra xəstəni həkimlərin öhdəsinə buraxırsız.
İnsultun baş vermə səbəbləri və risk faktorları:
-Yüksək arterial təzyiq
-Ürək xəstəliyi
-Siqaret
-Alkoqol
-Artıq çəki, oturaq iş
-Stress, əsəb
-Genetik risk