Nevroloji xəstəliklər arasında yaşlılarda insultun tezliyi və əhəmiyyəti birinci yerdədir. İnsult geniş şəkildə hemorragik və işemik olaraq iki cür karakterizə olunur. İşemik insult beyin damarlarının okkuluziyası səbəbindən yaranır və beyin infarktı ilə nəticələnir.
İnsult kəskin beyin qan dövranı çatmamazlığı olub, 24 saatdan çox davam dən nevroloji defisit və ya ölüm ilə nəticələnən kəskin fokal beyin itkisi ilə xarakterizə olunur.
Medicina.az faydalı məlumatı təqdim edir.
Şam qozalarından alma sirkəsində hazırlanmış dərman
5 ədəd böyük şam qozasının üzərinə 0,25 litr 70%-li spirt və ya keyfiyyətli araq əlavə edilir. Qarışım 10 gün müddətində otaq temperaturunda saxlanılır. Sonra üzərinə 1 çay qaşığı alma sirkəsi əlavə edilib qarışdırılır. Alma sirkəsi əvəzinə üzüm sirkəsindən də istifadə etmək olar. Hər axşam bu qarışımdan 1 çay qaşığını bir stəkan qaynar olmayan çaya əlavə edib içmək lazımdır. Zövqə görə çaya 1 çay qaşığı bal da əlavə etmək mümkündür.
Bu müalicədən xalq təbabətində insultun müalicə və profilaktikasında istifadə edilir. Dəmləmə qanı təmizləyir, beyin damarlarının fəaliyyətini normallaşdırır, sinir hüceyrələrinin ölməsinin qarşısını alır, hərəkət və nitq kordinasiyasını normallaşdırır. Müalicə müddəti 6 aydır.
Müalicənin effekti xəstəliyin ağırlıq dərəcəsindən, müalicənin müddətindən və hazırlanan dəmləmənin keyfiyyətindən asılı olaraq müxtəlif ola bilir. İnsult kliniki əlamət olub beyində yara ocqlarının əmələ gəlməsi ilə özünü biruzə verir. Bu isə ümumi beyin fəaliyyətinə təsir göstərərək struktur dəyişikliyinə səbəb olur.
Əgər 24 saat müddətində beyin qan dövranı pozulıması aradan qaldırılmazsa, o zaman ölüm baş verir.
Mütəxəssislər hər bir dərman preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyyə edir.