Üz fitnesi üzrə rusiyalı trener Tatyana Çkalova keçirtdiyi insultdan sonra iflic olmuş üzünü özünəməxsus metodlarla bərpa etməsi ilə məşhurlaşıb.
O, üzünü qəribə bir metodla bərpa edib və bunu indiyə kimi davam etdirir. Üzü duzlamaq.
Medicina.az xəbər verir ki, 100 ml qaynanmış suda bir qaşıq dəniz duzu həll edib, bu su ilə üz yuyulur. Sonra qurulamadan saxlanılır. 1 gündən bir bu üsulla üz yuyulur. Suyun dibinə çökən duz qalığını da sonda üzünüzə çox asta, sürtmədən çəkə bilərsiz.
Bu üsulla dəri təmizlənir, dartılır, turqoru yaxşılaşır, əsəb, stresdən yığılan üz əzələləri rahatlaşır, dəri hamarlaşır, hətta kremsiz də üz yaxşı görünür. Üzün əyilmiş forması bərpa olunur, yığılmır, tiklər azalır. Maraqlısı odur ki, duz quru dərini qurutmur.
Duz xırda kapilyarları da möhkəmlədir, cavanlaşdırıcı təsir göstərir, üz əzələlərini açır, yığılmasının qarşısını alır, epidermis hüceyrələrinin yenilənməsini təmin edir, stress və spazma qarşı təsirlidir, dərini möhkəmlədir.