Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsultdan sonra intim münasibət qadağandırmı?

  • 2022.09.15 16:36
  • 1946 Baxış
 İnsultdan sonra intim münasibət qadağandırmı?

Bir çox insanlar insultdan sonra intim münasibətdən qorxur, hətta bəzi həkimlər də xəstələrə bunu tövsiyə etmir.


"Medicina" xəbər verir ki, yeni elmi araşdırma bu məsələyə münasibəti kökündən dəyişib.

150 nəfər insult keçirmiş pasiyent üzərində Peru alimlərinin apardığı tədqiqatda 60% xəstə seksual disfunksiyadan şikayət edib.

Ancaq 10% seksual həyatlarını optimal adlandırıb.

Tədqiqat göstərib ki, insult olmuşam deyə potensiya pozulub deyən xəstələrdə əslində cinsi zəiflik beynin problemi və insultdan sonrakı əlilliklə əlaqəli deyildi.



Alimlərin sözlərinə görə, əsas səbəb cinsi əlaqə zamanı yenidən insult olaraq qorxusu və depressiya idi.
Pasiyentlər artıq özlərinə güvənmirdilər.

Baxmayaraq ki, həkimlər insult xəstələrinə aktiv fiziki hərəkətlərdə ehtiyatlı olmağa çağırır, intim əlaqə təkrar insulta səbəb olacaq faktor deyil.


Ona görə xəstələrə ilk günlərdən seksə davam edə bilərsiz sözü deyilməlidir.

Aygün Musayeva