Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsultdan qorunmağın sirri bağırsaqdadır

  • 2023.11.23 17:38
  • 1879 Baxış
İnsultdan qorunmağın sirri bağırsaqdadır

İnsultdan qorunmaq üçün beyindən çox bağırsaqların qeydinə qalmaq lazımdır.


“Medicina” xəbər verir ki, həkim Nikolay Mavriçev bağırsaqlardan toksinlərin çıxarılmasının vacibliyini bildirib.


“Başlıcası – orqanizmdən zərərli mikroorqanizmləri maksimum çıxarmaq, damarları şlaklardan təmizləmək, qan dövranını yaxşılaşdırmaqdır.

Bağırsaq mikroflorasını düzəltmək üçün meyvə-tərəvəzdə olan lifdən yararlanmaq lazımdır.

Eləcə də iş və həyat tərzi ilə bağlı daim boyun və boyun əzələsini gərgin saxlayan insanlarda insult olur.

Bu zaman başa oksigen az çatır.

Məhz boyundakı gərginliyi götürməklə baş beyin qan dövranını yaxşılaşdırmaq olur.

İşdən sonra müxtəlif antistress metodlarından istifadə edib, əzələ gərginliyini götürün.

Çünki sinir gərginliyi damarları sıxır.

Aygün Musayeva