Türkiyəli mütəxəssislər hesab edir ki, küncüt toxumu insult və xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən qorumaq gücünə malikdir.
Medicina.az xəbər verir ki, mütəxəssislər səhərlər iki və ya üç xörək qaşığı tahin - üyüdülmüş küncütdən hazırlanmış məcun yeməklə özümüzü bir çox xəstəliklərdən qoruya biləcəyimizə inanırlar.
Xüsusilə səhər özünüzü yorğun və əzgin hiss edirsinizsə, bu məhsul enerji verə bilər.
Pastanın tərkibində lif, protein, kalsium və digər vitaminlər var. Antioksidantların yüksək səviyyəsinə görə qanı təmizləyir, xolesterini aşağı salır və ürək-damar sistemini gücləndirir. Onun xassələri insanı insult və digər ürək problemlərindən xilas edəcək. Qeyd olunur ki, küncütdə orqanizmi zərərli maddələrdən qorumağa kömək edən C vitamini var. Alimlər vurğulayıblar ki, tahin orqanizmdən toksinləri və zəhərləri çıxara bilir.
Məcunun tərkibi təbii antibiotik kimi soyuqdəymədən tutmuş onkologiyaya qədər xəstəliklərin qarşısını ala bilir. Bundan əlavə, məcunun müntəzəm istifadəsi yaddaşı yaxşılaşdırır və sinir sistemini gücləndirir. /publika.az/