Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsult və infarkta səbəb olan içkilər

  • 2024.03.18 20:50
  • 1186 Baxış
İnsult və infarkta səbəb olan  içkilər

Oksford universitetinin alimləri insult və infarkt riskini artıran içkilər üzrə elmi araşdırmanı yekunlaşdırıb.


“Medicina” xəbər verir ki, alimlər yüksək şəkərli içkilərin ürək-damar xəstəlikləri riskini artırdığını sübut edib.


Tədqiqat boyu onlar 100 min insanın qida vərdişlərini təhlil ediblər.
Onların rasionunda 206 növ qida, 32 növ içki olub.


Tədqiq olunan növlər şəkər, sərbəst şəkər, sərbəst olmayan şəkər və liflərə bölünüb. Bundan sonra 9 illik müşahidələr aparılıb.

Bu müddətdə 10 min insanda infarkt və insult olub.

Xəstələrin qida rasionu analiz edilib və ümumi karbohidratların çox qəbulu heç də ürək-damar xəstəliklərinə səbəb olmur.

Sərbəst şəkərin qəbulu ürək-beyin damarlarına daha çox təsir edir. Bu isə qazlı içkilər, meyvə şirələri və südlü kokteyllərdə daha çoxdur.


Sərbəst şəkərdən alınan hər 5% enerji infarkt və insult riskini 10% artırır.


Aygün