İnsult baş verənə qədər xeyli vaxt əvvəldən artıq siqnallar gəlir.
“Medicina” xəbər verir ki, Rotterdam Erasmus Universitetinin (Hollandiya) Tibb Mərkəzinin əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma aparılıb.
Tədqiqatçılar 1990-2018-ci illər arasında toplanmış 15 minə yaxın Rotterdam sakini haqqında məlumatları təhlil ediblər.
Bu insanlar mütəmadi olaraq koqnitiv funksiyaları, eləcə də gündəlik həyatda özünə qulluq fəaliyyətləri (yemək bişirmək, maşın sürmək, təmizlik işləri aparmaq, alış-veriş etmək, telefondan istifadə etmək və s.) yerinə yetirmək qabiliyyətinə görə yoxlanılıb.
Müşahidə müddətində 1600-dən çox iştirakçı insult keçirib. Test nəticələrinin təhlili göstərdi ki, bu hadisədən hələ 10 il əvvəl xəstələr nəzərəçarpan siqnalları hiss etməyə başlayıblar: zəka azalmağa başladı və gündəlik fəaliyyətdə problemlər yarandı.
Nəticələr göstərib ki ki, idrak funksiyasının azalması və gündəlik həyatda özünüzə qayğı göstərmək bacarığı kimi əlamətlər həyəcanverici olmalıdır.
Çünki onlar gələcəkdə insult riskinin artacağını göstərir.
İnsult prekursorlarının bu qədər erkən görünməsi onu göstərir ki, beyindaxili zədələnmələr - beyindəki kiçik qan damarlarının zədələnməsi, neyrodegenerasiya, iltihab - kəskin hücum baş verməzdən uzun illər əvvəl yığılmağa başlayır.
Aynurə Məmmədova