Ötən ay insult keçirən 61 yaşlı aktyor Settar Tanrıöğenin son vəziyyəti açıqlanıb.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki dəfə əməliyyat olunan aktyorun sağlamlıq vəziyyəti ilə bağlı müalicə aldığı xəstəxanadan açıqlama verilib.
26 yanvar 2024-cü ildə beynə qan sızması səbəbiylə aparılan əməliyyatdan və reanimasiya müalicəsinin ardından xəstə otağına keçirilən sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilib.
“Xəstəmiz Settar Tanrıöğenin müalicəsi bir müddət davam edəcək. Ümumi vəziyyəti yaxşıdır. Risklər aradan qaldırılıb. Xəstəmizin reabilitasiyası davam edir”, - deyə Acıbadem Ataşehir Xəstəxanasının Baş Həkimi Dr. Engin Çakmakçı diqqətə çatdırıb.
Qeyd edək ki, aktyor Settar Tanrıöğen izlənmə rekordları vuran "Kızılcık Şerbeti" serialında əsas obrazlardan biri olan Abdullah bəyi canlandırır.
Gül