Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsult keçirən aktyor danışıq qabiliyyətini itirdi

  • 2024.08.09 14:19
  • 1231 Baxış
İnsult keçirən aktyor  danışıq qabiliyyətini itirdi
Bir müddət izləmə rekordları qıran "Avrupa Yakası" serialındakı Qafur obrazı ilə böyük bəyənmə toplayan Peker Açıkalın beyin qanaması keçirib.

Medicina.az xəbər verir ki, Ekmek Teknesi, Avrupa Yakası, Yahşi Cazibe və Başım Belada kimi bir çox uğurlu layihələrdə yer alan Peker Açıkalından üzücü xəbər gəlib.

Beyin qanaması keçirən məşhur aktyorun danışıq qabiliyyətini itirdiyi və bir sıra əməliyyatlar keçirəcəyi iddia edilib.

Qeyd edək ki, Peker Açıkalın 2011-ci ildə infarkt keçirib.