Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsulin zərərlidirmi? – Təkcə şəkər xəstələrinə təyin edilmir

  • 2019.10.16 09:10
  • 5486 Baxış
İnsulin zərərlidirmi? –  Təkcə şəkər xəstələrinə təyin edilmir
Şəkər xəstəliyi, pankreatit adlanan xəstəlik bədənində kifayət qədər insulin hormonu istehsal olunmaması nəticəsində inkişaf edən bir xəstəlikdir. Diabetli insanlar yedikləri qidalardan qana keçən şəkərdən(qlükoza) istifadə edə bilmir və qanda şəkər yüksəlir.

 

Ömür boyu davam edən bu xəstəliyi insulin ilə müalicə etmək mümkün olsa da, cəmiyyətdə insulinin zərərli olduğu barədə ümumi fikir yayılıb. Diabetli insanların əksəriyyəti insulini zərərli olduğu üçün müalicə olunmaqdan yayınır. Buna görə müalicə illərlə gecikir.


İnsulin kökəlməyə səbəb olmur

Artıq  çəki artımının səbəbi yanlış qidalanma, pəhriz proqramına əməl edilməməsi, məşq etməməsi və insulinin həddindən artıq yuxarı dozasıdır. İnsulini həssaslaşdıran dərmanlarla kilo verə bilərsiniz.


Böyrəklərə və gözlərə zərər vermir 

Ümumiyyətlə, insulin terapiyasına başlamış xəstələr uzun illərdir şəkər xəstəliyi olan insanlardır. Bu xəstələrdə insulinin başlanğıcında bir çor orqanlarda zəifləmələri insulin terapiyası ilə əlaqələndirirlər. İdmanla məşğul olmağınıza mane olmur

 İnsulinin müntəzəm istifadəsi insulinə olan ehtiyacı azaldır. Burada əsas xəstənin qan şəkərini mütəmadi olaraq izləmək vacibdir. Məşq növündən asılı olaraq insulin dozası azaldıla bilər. İdman zamanı qəlyanaltılar yeyilə bilər və əlavə qida qəbul edilə bilər. Məşqləri səhərlər etmək daha məqsədəuyğundur. 


Hamiləlik dövründə zərər vermir 

İnsulin körpəyə keçmir, əksinə, hamiləlik dövründə qan şəkərinin aşağı endirilməməsi və ya nəzarət edilməməsi körpəyə zərər verə bilər. 

Qan şəkəri həbləri insulin terapiyasını əvəz edə bilir İstifadə etdiyiniz şəkər əleyhinə həblərin dozasını artırmaq, nəzarətsiz diabet səbəbiylə insulin terapiyasının gec başlamasına və orqanlarınızın zərər görməsinə səbəb ola bilər. İnsulin yalnız qan şəkəri yüksək olan insanlarda istifadə edilmir. İnsulin zəif, yüksəlmiş və ya normal qan şəkəri olan hallarda da istifadə edilə bilər.  Buna endokrinoloq qərar verir.